Çin kiçik və orta biznesin inkişafı üçün fond yaradacaq

Çin kiçik və orta biznesin inkişafı üçün fond yaradacaq backend

Çin kiçik və orta biznesin inkişafı üçün 60 milyard yuan (9,4 milyard dollar) həcmində fond yaradacaq.



Bildirilir ki, mərkəzi Çin hökuməti fonda 15 milyard yuan ayıracaq. Bu barədə “Bloomberg” agentliyi baş nazir Li Ketsyanın sədrliyi ilə Dövlət Şurasının iclasında səsləndirilən bəyana istinadən məlumat verib.

Məbləğin qalan hissəsi özəl və dövlət şirkətləri, maliyyə institutları və yerli hökumətlər tərəfindən yatırılan investisiyalar sayəsində daxil olacaq.

Fond diqqəti “start up”ların dəstəklənməsinə yönəldəcək və bazar üçün nəzərdə tutulan üsullardan istifadə edəcək, - "Interfax” yazır.
Diaspora