“Apple”in gizli layihəsi

“Apple”in gizli layihəsi backend

Apple elektrikli avtomobil istehsal edir. Wall Street Journal-ın şirkətə yaxın mənbələrə istinadən verdiyi xəbərinə görə, ABŞ-ın texnologiya nəhəngi Apple, çox gizli saxladığı bir layihə üzərində çalışır.

Sözügedən iddiaya görə, yeni bir sektora addım atmağa hazırlaşan şirkət, bir müddətdir elektrikli avtomobil istehsal etmək üçün işlər aparır.
Xəbərdə yer alan məlumata görə, bir mikroavtobus böyüklüyündə olacaq olan elektrikli avtomobil layihəsinə 16 il əvvəl avtomobil nəhəngi Ford-dan ayrılıb Apple-ın komandasına qatılan Stiv Zadesky liderlik edir. Apple-ın elektrikli avtomobilinin rəsminin olduğu iddia edilən bu rəsmdən başqa, layihəyə aid bir detal yoxdur.
Bəzi texnologiya saytlarında isə, sözügedən maşının Google-ın üzərində çalışdığı sürücüsüz maşınlara oxşayacağı və öz-özünə gedəcəyi informasiyaları paylaşılır. Kod adı Titan olan layihəyə dair hələ ki, rəsmi bir açıqlama verilmir.
Apple-ın bir müddətdir ki, bu sahədə çalışan mütəxəssisləri transfer etməsi isə, layihənin həyata keçəcəyi istiqamətində dəlil kimi göstərilir.
Diaspora