V4 ölkələrinin hökumət başçıları immiqrasiya böhranını müzakirə edəcəklər

V4 ölkələrinin hökumət başçıları immiqrasiya böhranını müzakirə edəcəklər backend

Cümə günü Praqada “Vışeqrad dördlüyü” ölkələrinin – Çexiya, Slovakiya, Polşa və Macarıstanın baş nazirlərinin təcili görüşü keçiriləcək. Buna səbəb - miqrantlar dalğasının Avropanı cənginə almasıdır. Slovakiya Nazirlər Kabinetinin rəhbəri Robert Fitso tərəfindən yayılmış bu məlumatı daha sonra Çexiya hökumətinin sədri Voquslav Sobotka da təsdiqləyib.


Siyasətçilər qaçqınların Avropa İttifaqının üzvü olan ölkələr arasında daha müntəzəm bölünə bilməsi üçün kvota tətbiq edilməsi ideyasını yekdilliklə rədd etmək niyyətindədirlər.

Avstriyanın xarici işlər naziri xanım Yohanna Mikl-Lyaytner isə bu fikrin tərəfdarı olan ölkələrə Avropa İttifaqı xəzinəsindən maliyyə daxilolmalarının məhdudlaşdırılmasını təklif edib
Diaspora