ABŞ bu dəfə Ukraynaya hansı silahları göndərəcək? - SİYAHI

ABŞ bu dəfə Ukraynaya hansı silahları göndərəcək? - SİYAHI backend

ABŞ hökuməti Ukraynaya növbəti hərbi yardım paketi çərçivəsində Kiyevə HIMARS reaktiv yaylım atəşi sistemləri üçün əlavə sursatlar, HARM antiradar raketlərinin yeni partiyasını və 4 ədəd 105 mm-lik haubitsa verəcək.

TASS xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidməti məlumat yayıb.

Bundan əlavə, ABŞ Ukraynaya 36 min ədəd 105 millimetrlik artilleriya mərmisi, 100 ədəd zirehli maşın, 5 mindən çox tank əleyhinə sistem, atıcı silahlar üçün 1,5 milyon patron, uzaqdan minalama üçün 1 000 ədəd 155 millimetrlik mərmi, əlavə qumbaraatanlar və və atıcı silahlar, tibbi zirehli maşınlar və gecəgörmə sistemləri verəcək. Yeni yardım paketinin ümumi dəyəri 675 milyon ABŞ dolları təşkil edəcək.

Qurumdan bildirilib ki, ABŞ yaxın həftələrdə NATO ilə görüş keçirərək Ukrayna Silahlı Qüvvələrinə Qərbdən hərbi dəstək yollarını müzakirə edəcək.

Pentaqonun rəhbəri Lloyd Ostin qeyd edib ki, Qərb uzunmüddətli perspektivdə Kiyevə hərbi yardım göstərməyə, Ukrayna Silahlı Qüvvələrini dəstəkləmək üçün innovativ yollar axtarmağa hazırlaşır. ABŞ hesab edir ki, Ukrayna Silahlı Qüvvələrinə ilk növbədə artilleriya, sursat, hava hücumundan müdafiə sistemləri və sahil müdafiəsi lazımdır.

loading...
Diaspora