Son 50 ilin ən güclü “El Nino”larından biri gözlənilir

Son 50 ilin ən güclü “El Nino”larından biri gözlənilir backend

Martdan etibarən fəaliyyəti güclənən “El Nino” təbiət hadisəsinin bu ilin ikinci yarısında təsirinin daha da artıracağı və son 50 ilin ən güclü “El Nino”larından biri olacağı bildirilir.


AZƏRTAC xəbər verir ki, bu barədə Dünya Meteorologiya Təşkilatı məlumat yayıb. Bildirilir ki, bu qlobal okean və atmosfer hadisəsi tropik Sakit okeanında hazırda mövcuddur və bu ilin sonuna doğru təsirini artıracaq. Sakit okeanında dəniz səthi istiliyinin isə 2 dərəcəyədək arta biləcəyi qeyd edilir.

“El Nino” yaratdığı isidici təsir ilə qasırğalara, şiddətli yağışlara, daşqınlara, quraqlıqlara, yanğınlara və kənd təsərrüfatı məhsullarında itkilərə səbəb olur. Bütün bunların nəticəsində epidemiya xəstəlikləri artır və çox sayda adam ölür.
Diaspora