Türkiyənin Tacikistandakı səfiri, İraqın Mosul şəhərindəki keçmiş baş konsulu, 101 gün İŞİD girovluğunda qalmış Öztürk Yılmaz səfir vəzifəsindən istefa verib.
APA-nın “Milliyet”ə istinadən verdiyi məlumata görə, Ö. Yılmaz noyabrın 1-də keçiriləcək seçkilərdə parlament seçkilərində Cümhuriyyət Xalq Partiyasından (CHP) namizəd olmaq qərarına gəlib.
CHP lideri Kamal Kılıçdaroğlu ilə görüşən diplomatın Ərdahan vilayətindən millət vəkilliyinə namizəd olacağı bildirilir. 7 iyun seçkilərində CHP namizədləri bu vilayətdə qalib gələ bilməyiblər.
Xatırladaq ki, 2014-cü ilin iyun ayında İŞİD tərəfindən Türkiyənin Mosul Baş Konsulluğuna hücum edilib və baş konsul Öztürk Yılmaz da daxil olmaqla, 49 nəfər girov götürülüb. Onlar 101 gün girovluqda qaldıqdan sonra azad ediliblər.