Rusiya Şimali Koreyadan mərmi və raketlər alır

Rusiya Şimali Koreyadan mərmi və raketlər alır backend

Rusiya Şimali Koreyadan milyonlarla artilleriya mərmisi və raket alacaq.

“New York Times” xəbər verir ki, bu barədə ABŞ kəşfiyyatından bildirilib.

Məlumata görə, rəsmi Pxenyan və Moskva arasında bununla bağlı razılıq əldə olunub.

ABŞ kəşfiyyatının informasiyasına əsasən, qlobal miqyasda sanksiyalar Rusiyanın silah-sursat və hərbi texnika ilə bağlı fəaliyyətini ciddi şəkildə məhdudlaşdırdığından hərbi təchizat üçün rəsmi Moskva Şimali Koreyaya üz tutmağa məcbur olub.

ABŞ kəşfiyyatının açıqlaması Rusiyanın İran istehsalı olan dronların ilk tədarükündən bir müddət sonraya təsadüf edir.

Bildirilib ki, silahların alınması ilə bağlı təfərrüat məlum deyil. Bununla belə ABŞ rəsmisinin sözlərinə görə, yaxınmənzilli raketlər və artilleriya mərmiləri ilə yanaşı, Rusiyanın Şimali Koreyadan yeni hərbi avadanlıq almağa çalışacağı da gözlənilir.

Qeyd edək ki, sentyabrın 4-də İran hərbi dronlarının Rusiyaya çatdırılması ilə bağlı xəbər yayılmışdı. Bu elə böyük sensasiyaya səbəb olmadı. Çünki Moskvanın Tehrandan pilotsuz uçan aparatlar (PUA) almaq planları barədə informasiya hələ bu ilin iyul ayında yayılmışdı.

Rusiya İrandan hansı PUA-ları alır? BBC-nin məlumatına əsasən, bura birinci sinfə taktiki dronlar, kvadrokopterlər və təyyarələr, ikinci və üçüncü sinfə uçuş hündürlüyündən asılı olaraq "uzun uçuş müddətli" kimi təsnif edilən orta və ağır PUA-lar daxildir (MALE UAV və HALE UAV).

Rusiyaya verilən “Mohajer-6” PUA-ları təsnifata görə ikinci sinfə aiddir. Məlumata görə, iranlılar hələ 1990-cı illərin sonlarında onlardan Əfqanıstanda istifadə ediblər.

Ümumi adına baxmayaraq, "Şahed-129" və "Şahed-191" çox fərqli PUA-lardır. Onlar Qərb istehsalının prototiplərindən fərqlidir. Belə hesab edilir ki, “Şahed-129” İran mühəndislərinin əlinə keçən İsrailin “Hermes 450” dronu əsasında yaradılıb. “Şahed-191” isə ABŞ-ın “Q-170 Sentinel” dronuna əsaslanır.

loading...
Diaspora