Bayden onun sözünü kəsməyə çalışan etirazçını yaramaz adlandırıb

Bayden onun sözünü kəsməyə çalışan etirazçını yaramaz adlandırıb backend

ABŞ Prezidenti Cozef Bayden Viskonsin ştatında çıxışı zamanı onun sözünü kəsməyə çalışan etirazçını yaramaz adlandırıb.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

"Onu buraxın, hər kəsin yaramaz olmaq haqqı var", - Bayden deyib.

ABŞ Prezidenti ölkənin Əmək Günü şərəfinə təşkil edilən tədbirdə çıxış edib. Bayden keçmiş prezident Donald Trampın tərəfdarlarını növbəti dəfə tənqid etməyə başlayarkən zalda qışqırıqlar eşidilməyə başlayıb.

Zaldan qışqırıqlar eşidilməyə başladıqda Bayden "MAGA - respublikaçılar və qapıdan qovulan oğlan demokratiyanı məhv edir" - vurğulayıb.

"Biz Amerikanın ruhu üçün mübarizə vəziyyətindəyik", - Ağ Ev rəhbəri vurğulayıb.

Qeyd edək ki, ABŞ rəhbəri son həftələr mütəmadi olaraq Trampın tərəfdarlarını tənqid edir. Bayden bəyan edib ki, onlar yarı faşist fəlsəfəsini qəbul edir və ölkəni təhdid edən ekstremizmi təmsil edirlər.

"Donald Tramp və MAGA şüarını dəstəkləyən respublikaçılar bizim ölkəmizin təməllərini təhdid edən ekstremizmin təcəssümüdür", - Ağ Ev rəhbəri bir neçə gün əvvəl deyib: "Bərabərlik və demokratiya təhdid altındadır. Və əgər biz elə deyilmiş kimi davransaq, vəziyyəti özümüz üçün daha da pisləşdirəcəyik".

Xatırladaq ki, MAGA (“Make America Great Again” – “Amerikanı yenidən böyük edək” - red) respublikaçı Trampın 2016-cı il seçki kampaniyasında ABŞ-ın siyasi leksikonuna yerləşmiş əsas siyasi şüarıdır.

loading...
Diaspora