Trass çıxışı zamanı Consona təşəkkür etdi

Trass çıxışı zamanı Consona təşəkkür etdi backend

Böyük Britaniyanın yeni baş naziri və Mühafizəkarlar Partiyasının rəhbəri Liz Trass seçkilərdə qələbəsi münasibəti ilə çıxışı zamanı keçmiş baş nazir Boris Consona müraciət edib.

O, vəzifəsindən gedən həmkarına görülən işlərə görə minnətdarlığını bildirib. Həmçinin Rusiya Prezidenti Vladimir Putinə qarşı müqavimətinə görə də təşəkkür edib.

“Boris, sən “Brexit”ə (Böyük Britaniyanın Avropa İttifaqından çıxışı, “Böyük Britaniya” və “exit” sözlərinin birləşməsi - red.) nail oldun, Ceremi Korbini məhv etdin, vaksini tətbiq etdin və Vladimir Putinə qarşı çıxdın”, - deyə Britaniyanın yeni baş naziri qeyd edib.

Trass Kiyevdən tutmuş Karlayla (İngiltərənin ucqar şimal-qərbində yerləşən şəhər) qədər hamının Consona heyranlıq duyduğunu və fəxr etdiyini vurğulayıb.

Mənbə: Lenta.ru / Oxu.az

loading...
Diaspora