Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov Əfqanıstanın paytaxtı Kabildə, Rusiya səfirliyinin yaxınlığında baş verən partlayışa münasibət bildirib.
TASS xəbər verir ki, o, bu barədə keçirdiyi brifinqdə danışıb.
“Biz bu hadisəni pisləyirik. Əlbəttə, söhbət terror aktından gedir”, - D.Peskov söyləyib.
Qeyd edək ki, daha əvvəl Rusiya Xarici İşlər Nazirliyi partlayış nəticəsində səfirliyinin 2 əməkdaşının öldüyünü açıqlamışdı.