Sentyabrın 1-də Tehranda Türkiyənin Anadolu Agentliyinin (AA) fars dilində bölməsinin təqdimatı keçirilib.
Təqdimat mərasimində çıxış edən Türkiyənin İran İslam Respublikasındakı səfiri Riza Hakan Tekin bildirib ki, agentliyin fars dilində bölməsinin fəaliyyətə başlaması xalqlar arasındakı yaxınlaşmada körpü rolunu oynayacaq.
Tədbirdə AA-nın baş direktor müavini Metin Mutanoğlu, İranın İRNA dövlət informasiya agentliyinin baş direktoru Məhəmməd Huddadi və başqa rəsmi şəxslər iştirak ediblər.
Qeyd edək ki, Anadolu Agentliyi 9 dildə xəbərlər təqdim edir.