ABŞ Rusiyadakı səfirini dəyişdi

ABŞ Rusiyadakı səfirini dəyişdi backend

ABŞ-ın Rusiyadakı səfiri Con Sallivan işini başa vuraraq Moskvanı tərk edib.

Bu barədə ABŞ-ın Rusiyadakı səfirliyinin mətbuat xidməti məlumat yayıb.

Onun səlahiyyətlərini müvəqqəti olaraq ABŞ-ın Rusiyadakı missiyasının rəhbərinin müavini Elizabet Rud yerinə yetirəcək.

Səfirlik əlavə edib ki, Rude səfir Sallivanın varisi gələnə qədər müvəqqəti işlər vəkili kimi fəaliyyət göstərəcək.

Qeyd olunur ki, Sallivan üç ilə yaxındır (2019-cu ilin dekabrından) Rusiyada səfir vəzifəsində çalışıb və bu vəzifəni tərk etdikdən sonra o, ABŞ-ın beş prezidentinin yanında işlədiyi qırx illik dövlət qulluğu karyerasını tamamlayacaq.

loading...
Diaspora