Pakistanda musson yağışları nəticəsində ölənlərin sayı 1 265 nəfərə çatıb

Pakistanda musson yağışları nəticəsində ölənlərin sayı 1 265 nəfərə çatıb backend

Pakistanda musson yağışları nəticəsində ölənlərin sayı 1 265 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə Pakistanın Təbii Fəlakətlərlə Mübarizə Agentliyi məlumat yayıb.

Məlumata görə, ölkədə son 24 saatda daha 57 nəfər təbii fəlakətin qurbanı olub.

Bununla da iyunun 14-dən Pakistanda davam edən musson yağışlarında ölənlərin sayı 1 265 nəfərə yüksəlib. Sel və daşqınlardan ümumilikdə 33,4 milyon insan zərər çəkib.

Ölkə üzrə kənd təsərrüfatına yararlı torpaqların 45 faizinin su altında qalduğu bildirilir.

loading...
Diaspora