Münasibətlər istiləşir: Türkiyənin hərb gəmisi, xoş gəldin!.. - FOTO - VİDEO

Münasibətlər istiləşir: Türkiyənin hərb gəmisi, xoş gəldin!.. -  FOTO - VİDEO backend

"Dövlət səfirləri Ankara və Təl-Əvivə dönür..."

 

"Türkiyənin hərb gəmisinin Hayfa akvatoriyasında olması NATO-nun İsraildə birgə təlimlər proqramı çərçivəsində nəzərdə tutulub..."

 

Son 12 ildə ilk dəfə olaraq Türkiyə Hərbi-Hava Qüvvələrinin eskadra mina gəmisi İsrailin Hayfa limanına daxil olub və yan alıb.

 

Moderator.az xəbər verir ki, bu barədə İsrail KİV-ləri yazıb.

 

Bu hadisə yalnız Ankara ilə Qüds arasında münasibətlərin bərpası və normallaşdırılmasından sonra mümkün olub.

 

Türkiyənin "Ti-Si-Ci Kamalreys" (Ef-247) hərb gəmisi İsrail limanında bir neçə gün olacaq, bu müddət ərzində yanacaq dolduracaq və "öz mövcudluğunu nümayiş etdirəcək".

 

Onun Hayfa akvatoriyasında olması NATO-nun İsraildə birgə təlimləri proqramı çərçivəsində nəzərdə tutulub, lakin gəmi bu təlimlərdə iştirak etməyəcək.

 

Türkiyə ilə İsrail arasında münasibətlərin istiləşməsinin başlanğıc nöqtəsi təxminən bir ay öncə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla İsrailin baş naziri Yair Lapid arasında söhbət olub.

 

Bundan sonra tərəflər həm də dövlət səfirlərinin Ankara və Təl-Əvivə qayıtmasını elan edib.

Diaspora