Meksikanın şimal-şərqindəki Nuevo-Leon ştatında prokurorluq əməkdaşları 31 minədək insan cəsədlərinin qalıqlarını aşkarlayıblar. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə “Excelsior” nəşri məlumat yayıb.
Məlumata görə, qalıqlar ştatın Salinas-Viktoriya rayonunda yerləşən rançolardan (malikanə) birinin ərazisində bir neçə gün davam etmiş güclü leysan yağışlardan sonra aşkarlanıb. Polis qalıqların narkomafiya qurbanlarına məxsus olduğunu ehtimal edir.Məlumata görə, insan qalıqları qarışıq şəkildə olduğundan ölənlərin dəqiq sayının müəyyən etmək çətindir. Hazırda prokurorluq əməkdaşları qurbanların dəqiq sayını müəyyənləşdirir, müvafiq ekspertizalar keçirilir.
İnsan haqları sahəsində fəaliyyət göstərən yerli QHT itkin düşmüş vətəndaşlarla bağlı 967 ərizənin qeydə alındığını bildirib.