İŞİD-ə qoşulmağa can atan 4 uşaqlı qadın saxlanıldı

İŞİD-ə qoşulmağa can atan 4 uşaqlı qadın saxlanıldı backend

Türkiyədə polis 4 azyaşlı uşağı ilə birlikdə İŞİD terror qruplaşmasına qoşulmağa cəhd edən Böyük Britaniya vətəndaşı olan qadın saxlanılıb. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Daily Mail məlumat yayıb.



Məlumata görə, Londonun 33 yaşlı sakini Zahirə Tarik 4-12 yaşlarında olan dörd övladı ilə birlikdə avqustun 25-də “London-Siti” hava limanından yola düşüb.

Polis qadının planlarından məlumatsız olan qoyumlarının müraciətindən sonra məsələni nəzarətə götürüb.

Hazırda Zahirə Tarik həbs olunub, onun övladları üçün isə heç bir təhlükə yoxdur.
Diaspora