Ermənistanda türk vətəndaşların iştirakı ilə insident olub

Ermənistanda türk vətəndaşların iştirakı ilə  insident olub backend

Ermənistanın Vedi şəhərində Türkiyə vətəndaşlarının cəlb edilməsi ilə insident baş verib.

“Novosti Armeniya” xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Vardan Tadevosyan jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Vedidəki insidentdə Türkiyə vətəndaşı və xanımı iştirak edib.

Sosial şəbəkədə yayılan məlumata əsasən, guya Türkiyə vətəndaşları ermənilərin ünvanına senzuradankənar ifadələr işlədiblər.

Hökumətin brifinqində Ermənistan Polis rəisinin müavini Ara Fidanyan bildirib ki, fakt üzrə polis material hazırlayaraq İstintaq Komitəsinə təqdim edib. O, hadisə ilə bağlı ictimaiyyəti məlumatlandıracaqlarını qeyd edib.

loading...
Diaspora