İraqın Baş naziri hansı halda istefa verəcəyini bildirdi

İraqın Baş naziri hansı halda istefa verəcəyini bildirdi backend

İraqın Baş naziri Mustafa Əl-Kazımi ölkədə siyasi vəziyyətin pisləşəcəyi təqdirdə vəzifəsini tərk edəcəyini bildirib.

“Report” xəbər verir ki, bu barədə “Əl-Hədəs” telekanalı məlumat yayıb.

Əl-Kazimi İraq xalqına müraciətində deyib: “Əgər siyasi vəziyyət pisləşərsə, mən İraqın Baş naziri vəzifəsindən istefa verdiyimi vaxtında elan edəcəyəm”.

Qeyd edək ki, siyasətdən getdiyini elan edən şiə imamı Muqtada əs-Sadrın yüzlərlə tərəfdarı Bağdadda hökumət idarələrinin və xarici səfirliklərin yerləşdiyi “yaşıl zonanı” tutub.

Etirazçılar Respublika sarayını əhatəyə alıb və binaya giriblər. Ölkənin bütün ərazisində komendant saatı elan edilməsinə baxmayaraq, paytaxtda və bəzi regionlarda toqquşmalar davam etməkdədir.

Toqquşmalar nəticəsində azı 30 nəfər həlak olub, azı 380 nəfər yaralanıb.

loading...
Diaspora