Daha 3 gəminin Ukraynadan çıxışına icazə verildi

Daha 3 gəminin Ukraynadan çıxışına icazə verildi backend

İstanbuldakı Birgə Koordinasiya Mərkəzi Ukrayna limanlarından daha 3 gəminin çıxışına icazə verib.

APA-nın xəbərinə görə, bu barədə Birgə Koordinasiya Mərkəzi məlumat yayıb.

Gəmilərin ümumi yükü təxminən 107 000 tondur. Onlar Türkiyə və İspaniyaya taxıl və qarğıdalı daşıyır.

1-30 avqust tarixlərində Ukrayna limanlarından ümumilikdə 1,4 milyon ton ərzaq daşınıb.

Diaspora