Tayvan silahlı qüvvələri Çin ordusunun pilotsuz təyyarəsinə atəş açıb

Tayvan silahlı qüvvələri Çin ordusunun pilotsuz təyyarəsinə atəş açıb backend

Tayvan hərbçiləri Kinmen adalarına yaxınlaşan Çin Xalq Azadlıq Ordusunun pilotsuz təyyarəsinə atəş açıb.

"Report" xəbər verir ki, bu barədə Mərkəzi Xəbər Agentliyi Kinmen Ordusunun Müdafiə Komandanlığına istinadən məlumat yayıb.

Qeyd olunur ki, Tayvan hərbçiləri canlı mərmi atdıqdan sonra pilotsuz təyyarə Çinin sahilyanı Fujian əyalətində yerləşən Syamen şəhərinə doğru uçub.

Xatırladaq ki, Tayvan boğazında və bütün Asiya-Sakit okean regionunda vəziyyət Nensi Pelosinin avqustun 2-3-də Taybeyə səfərindən sonra gərginləşib və bu, materik Çinin kəskin tənqidinə səbəb olub.

Artan gərginlik fonunda Çin Silahlı Qüvvələri avqustun əvvəlindən öz sahillərində bir sıra təlimlər keçirir.

loading...
Diaspora