İraqdakı Sədr hərəkatının lideri, şiə din xadimi Müqtəda əs-Sədr tərəfdarlarını “Yaşıl Zona”dakı oturaq aksiyanı 60 dəqiqəyə dayandırmağa çağırıb.
Qaziler.az APA-ya istinadla xəbər verir ki, Müqtəda əs-Sədr bu gün keçirdiyi mətbuat konfransında baş verənlərdən çox kədərləndiyini deyib, baş verənlərə görə İraq xalqından üzr istəyib: “Bu hadisələrdə qatil və qurban eynidir. Mənim ölkəm korrupsiya əsiri idi, indi də zorakılıq əsiridir. Ölkəmizdəki simasız milislər (Həşd əş-Şaabi-red.) kimi olmamalıyıq. Sədr hərəkatının üzvləri bir saat ərzində “Yaşıl Zona”dan çəkilməsə, onları rədd edirəm”.
Müqtəda əs-Sədr siyasətə qayıtmayacağını bir daha vurğulayıb.
Müqtəda əs-Sədrin çıxışından sonra Sədr hərəkatı tərəfdarları aclığı dayandıraraq, “Yaşıl Zona”dan çəkilməyə başlayıb.
Qeyd edək ki, İraqdakı Sədr hərəkatının lideri Müqtəda əs-Sədr dünən siyasətdən getdiyini açıqlayıb. Bunun ardınca paytaxt Bağdadda onun tərəfdarları küçələrə çıxıb. Son məlumata görə, təhlükəsizlik qüvvələri ilə toqquşmalarda ölənlərin sayı 30-a çatıb, azı 380 nəfər yaralanıb.
Bağdadda komendant saatı tətbiq olunub.