İraqın paytaxtı Bağdadda dini lider Müqtəda-əs-Sədr tərəfdarlarının Prezident Sarayından çıxarılması zamanı 2 nəfər ölüb, 19 nəfər xəsarət alıb.
APA Sky News Arabia-ya istinadən xəbər verir ki, həlak olanlar Müqtəda əs-Sədrin tərəfdarlarıdır. Onlar təhlükəsizlik qüvvələri ilə toqquşma zamanı həyatlarını itiriblər.
***
16:17
İraqın paytaxtı Bağdadda Müqtəda-əs-Sədr tərəfdarları küçələrə çıxaraq etiraz aksiyası keçirib.
APA xarici KİV-ə istinadən xəbər verir ki, bir qrup etirazçı Prezident Sarayına hücum ediblər.
Etiraz aksiyasına görə paytaxtda komendant saatı elan edilib.
Qeyd edək ki, bu gün İraqdakı Sədr hərəkatının lideri Müqtəda əs-Sədr siyasətdən getdiyini açıqlayıb.