Sızdırılan videolar Finlandiya baş nazirinə problem yaratdı – Postunu itirə bilər

Sızdırılan videolar Finlandiya baş nazirinə problem yaratdı –  Postunu itirə bilər backend

Parti görüntüləri mətbuata sızdırıldığı üçün ölkəsində gündəmdə olan Finlandiya Baş naziri Sanna Marinin siyasi gələcəyi müzakirə edilir.

Teleqraf.com xəbər verir ki, görüntülərinin ard-arda yayımlanmasından sonra keçirdiyi mətbuat konfransında göz yaşlarına hakim ola bilməyən Marin narkotik ittihamlarını rədd edib.

“Mən də insanam və bəzən bu qara buludların ortasında sevinc, işıq və əyləncə üçün darıxıram”, - baş nazir deyib.

Marinin rəhbərlik etdiyi Sosial Demokrat Partiyasının (SDP) keçmiş katibi Mikael Yunqner bildirib ki, son görüntülər onu gülüş obyektinə çevirib və indi onun gələn ilki seçkilərdə baş nazir kimi qalmaq şansı çox azdır.

“Bu, onun karyerası üçün həqiqətən təhlükəli olmağa başlayır”, - deyən Yunqer problemin əylənmək yox, yanlış insanlarla əylənmək olduğunu vurğulayıb.

Marinin uşaqlıq dostları və ya partiyasının üzvləri ilə əylənsəydi, Finlandiya xalqının bunu qəbul edə biləcəyi diqqətə çatdırılıb.

BBC qalmaqalın hələ bitmədiyini bildirib. Mənbənin iddiasına görə, gələn həftə Finlandiya büdcəsi yenidən müzakirə olunduğu üçün daha çox foto və videonun ortaya çıxması riski var.

“Parti skandalı Marinə növbəti seçkilərdə öz yerini itirmək bahasına başa gələ bilər. Bu, onun SDP-dəki liderliyinə son verə bilər”, - Yunqner vurğulayıb.

Bununla belə, Marinin uzunmüddətli perspektivdə xüsusilə gənc qadın seçicilərdən böyük dəstək alacağını düşünür. Yunqnerin sözlərinə görə, Marin 2024-cü ildə prezidentliyə namizədliyini irəli sürə və seçkilərdə qalib gələ bilər.

Finlandiya prezidenti xarici siyasət və milli təhlükəsizlik də daxil olmaqla mühüm səlahiyyətlərə malikdir.

loading...
Diaspora