Ukrayna rəsmisi: "Xerson şəhəri uğrunda döyüşlər başlayıb"

Ukrayna rəsmisi: "Xerson şəhəri uğrunda döyüşlər başlayıb" backend

Odessa vilayət hərbi administrasiyasının sədrinin müavini Oleksiy Matsuleviç Xerson şəhəri uğrunda döyüşlərin başladığını elan edib.

“Report” xəbər verir ki, bu barədə vilayət rəsmisi teleqramda yazıb.

“Rəsmi: Xerson şəhəri uğrunda döyüşlər başlayıb”, - o qeyd edib.

Xatırladaq ki, daha öncə Ukrayna hərbçiləri Xerson istiqamətində işğalçıların birinci müdafiə xəttini yardıqlarını, eyni zamanda ölkənin cənubunda bir neçə istiqamətdə hücuma keçdiklərini açıqlamışdılar.

loading...
Diaspora