Pakistan daşqınlara görə beynəlxalq yardım istədi

Pakistan daşqınlara görə beynəlxalq yardım istədi backend

Pakistanın Baş naziri Şahbaz Şərif bu ölkədə baş verən dağıdıcı daşqınlarla əlaqədar beynəlxalq ictimaiyyətdən yardım istəyib.

Hazırda pakistanlı xilasedicilər hələ də daşqınların baş verdiyi bir çox ərazilərə çata bilmirlər. Ş.Şərif Pakistanda baş verən daşqınların 2010-cu ildəkindən daha dağıdıcı olduğunu vurğulayıb. Nəticədə 170 mindən çox evə ziyan dəyib, 150-yə yaxın körpü dağılıb. Qeyd edək ki, BMT Pakistana 3 milyon dollar dəyərində yardım ayıracağını bildirib.

Diaspora