"Müstəmləkə keçmişinizlə üzləşin" - Makronun Türkiyə haqqında qalmaqallı sözlərinə SƏRT REAKSİYA

"Müstəmləkə keçmişinizlə üzləşin" - Makronun Türkiyə haqqında qalmaqallı sözlərinə  SƏRT REAKSİYA backend

Türkiyənin Xarici İşlər Nazirliyi, "İmperialist planları olan və Fransaya qarşı düşmənçilik edən şəbəkələr var. Yalnız bir düşmən var, Fransa. Hamısı bu işdə birləşiblər" deyən Fransa prezidenti Makrona sərt reaksiya verib.

Musavat.com xəbər verir ki, bununla bağlı Türkiyənin Xarici İşlər Nazirliyi bəyanat yayıb.

“Müstəmləkə keçmişi ilə üzləşməkdə çətinlik çəkən Makronun digər ölkələri, o cümlədən Türkiyəni ittiham edərək öz keçmişindən qurtulmağa çalışması qəbuledilməzdir”, - deyə bəyanatda vurğulanıb.

Qeyd edək ki, Fransa prezidenti Emmanuel Makron Əlcəzairə səfəri zamanı jurnalistlərə açıqlama verib. Fransanın meydanı boş buraxdığı üçün ölkəsinə qarşı böyük bir manipulyasiya edildiyini iddia edən Makron, Fransanın bu səbəbdən hədəf alındığını deyib.

loading...
Diaspora