Çexiya Prezidenti Miloş Zeman bu həftə Çinə beş günlük səfər edəcək. Səfər müddətində o, Rusiyanın dövlət başçısı Vladimir Putinlə görüşəcək.
Bu haqda məlumatı Vladimir Putinin beynəlxalq məsələlər üzrə müşaviri Yuri Uşakov təsdiq edib. Putinlə Zemanın görüşü cümə axşamı gününə planlaşdırılıb. Zeman Çində Şərqi Asiyada İkinci Dünya müharibəsinin başa çatmasının 70 illiyi ilə əlaqədar təntənəli tədbirlərdə iştirak edəcək. Cümə günü Çexiya rəhbəri Çin Prezidenti Si Tszinpin ilə görüşməyi planlaşdırır.