Gürcüstanın Xarici İşlər naziri və İqtisadiyyat və Dayanıqlı İnkişaf nazirləri dəyişdirilib.
ANS PRESS -in məlıumatına görə, Gürcüstanın baş naziri İrakli Qaribaşvili bu gün keçirdiyi brifinqdə Xarici İşlər və İqtisadiyyat və Dayanıqlı İnkişaf naziri vəzifələrinə yeni nümayəndələrin təyin edildiyini deyib.Belə ki, bu gündən etibarən, Gürcüstanın xarici işlər naziri Tamar Beruçaşvili vəzifədən azad edilib. Onun yerinə bu vəzifəni Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf naziri Qeorqi Kvirikavaşvili icra edəcək.
Sabiq xarici işlər naziri artıq baş nazirin müavini vəzifəsinin icrasını davam etdirəcək.
Tamar Beruçaşvili 2014-cü ilin noyabrında nazir təyin olunmuşdu.
Bu gündən başlayaraq, Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf naziri Tiflisin vitse-meri olan Dmitri Kumsişvili olacaq.
Kumsişvil cari ilin martında Tiflisin vitse-meri vəzifəsinə təyin edilib. Daha əvvəl o, Gürcüstanın iqtisadiyyat nazirinin birinci müavinini vəzifəsini tuturdu. Kusmişvili, həmçinin, dövlət əmlakının Milli agentliyinə də rəhbərlik edib. Peşə üzrə o, iqtisadçıdır. Onun dövlət və şəxsi şirkətlərdə çoxillik iş təcrübəsi var.