Britaniya Rusiyaya qarşı müharibəyə qoşula bilər

Britaniya Rusiyaya qarşı müharibəyə qoşula bilər backend

Britaniya ordusu Rusiyaya qarşı döyüşmək üçün Ukraynaya göndərilə bilər. Orduya Ukraynaya səfərə hazırlaşmaq tapşırılıb. Hərbi qulluqçulara hər hansı mümkün ssenariyə hazır olmaları, həmçinin bu məsələni ailələri ilə də müzakirə etmələri bildirilib.

 

Bu barədə britaniyalı zabit Pol Karni və general Riçard Dannat məlumat verib.

Britaniya hərbçiləri “istənilən təcavüzü dəf etməyə hazırlaşır”. Karni əsgərləri fiziki hazırlıqlarını yoxlamağa çağırıb. Eyni zamanda yaxınlarının da qayğısına qalmağı tapşırıb. Onun sözlərinə görə, Ukraynaya gedəcəkləri halda hərbçilər uzun müddət ailələrindən uzaqda qala bilərlər.

Generalın sözlərinə görə, hərbçilər istənilən ssenariyə hazır olmalıdırlar. (oxu.az)

Mənbə: UNİAN

loading...
Diaspora