Rusiyalı milyarderin keçmiş arvadı İrəvan meri olmaq istəyir

Rusiyalı milyarderin keçmiş arvadı İrəvan meri olmaq istəyir backend

Rusiyalı milyarder Arkadi Rotenberqin keçmiş həyat yoldaşı Natalya Rotenberq-Arzakantsyan İrəvan merliyinə namizədliyini irəli sürüb.

Onun namizədliyi avqustun 20-də “Vətənin Gücü” partiyasının birinci qurultayında irəli sürülüb.

“Partiya İrəvan meri vəzifəsinə mənim namizədliyimi irəli sürüb. Əlbəttə, çoxlarının buna şübhəsi ola bilər, amma mən bu rolu ləyaqətlə yerinə yetirməyə çalışacağam”, - Rotenberq bildirib.

O hesab edir ki, parlamentli ölkədə partiyasız irəliləmək mümkün deyil.

Rotenberq onu da qeyd edib ki, hazırda Ermənistanda 91 partiya qeydiyyatdan keçib.

Onun sözlərinə görə, İrəvan və Ermənistanın çoxlu problemləri var və onların həlli çox vaxt aparacaq.

Report.az

loading...
Diaspora