“Drift” edərkən rəzil duruma düşən ermənilərdən növbəti “şou”: Rəqib tankını vurdular – VİDEO

“Drift” edərkən rəzil duruma düşən ermənilərdən növbəti “şou”: Rəqib tankını vurdular – VİDEO backend

Rusiyada keçirilən “Beynəlxalq Ordu Oyunları-2022”də yekəxanalıq edərkən rəzil duruma düşən erməni tankçıların növbəti rüsvayçılığının görüntüləri yayılıb.

Belə ki, yayılan görüntülərdə erməni hərbçilərin idarə etdiyi tank yarışlarda iştirak edən Laos komandasının tankını vurub. Erməni hərbçilərin “peşəkarlığı” nəticəsində hər iki tankda deformasiya yaranması müşahidə olunub.

 

*****

Ermənistan ordusunun qalıqlarının “əzələ nümayişi” onlara baha başa gəlib.

Belə ki, Rusiyada keçirilən “Beynəlxalq Ordu Oyunları-2022” yarışlarında iştirak edən Ermənistan tankçıları nədənsə yekəxanalıq etmək eşqinə düşüblər.

Bunun üçün isə erməni tankçıların ağlına gələn ilk şey idarə etdikləri texnika ilə “drift” etmək olub. Yəqin ki, erməni tankçılar bununla öz “bacarıq” və “qabiliyyət”lərini nümayiş etdirəcəklərinə inanıblar. Lakin yekunda tank aşmaqdan son anda qurtulub.

Bu işdə erməni hərbçilərin “peşəkarlığı” böyük rol oynayıb. Sözsüz ki, ortaya çıxan mənzərə kapitulyant ordunun texnikasının sınıq-salxaq vəziyyətini də ortaya qoyub.

Yekəxanalıq eşqinə düşən erməni hərbçilər tankın “drift” etdiyi yerdə dayanıb hərəkətsiz qalması ilə biabır olublar. Bundan sonra isə “şoumen tankçılar” kömək çağırmalı olublar.

Tankla “drift” şou nümayiş etdirə biləcəklərinə inanacaq qədər “sadəlövh” olan erməni hərbçilər yekunda öz tanklarını meydandan digər bir texnikanın köməyi ilə dartıb çıxarmalı olublar.

loading...
Diaspora