Arestoviç vəzifəsindən azad edilib?

Arestoviç vəzifəsindən azad edilib? backend

Oleksey Arestoviç Ukrayna Prezidentinin ofisi rəhbərinin müşavirləri sırasına daxil edilməyib, baxmayaraq ki, özü və Ukrayna mediası onu bu vəzifədə təqdim edir.

“Report” xəbər verir ki, bu barədə Ukraynanın “Tıjden” nəşri Ukrayna dövlət başçısının ofisinin rəsmi sənədinə istinadən məlumat yayıb.

Nəşr jurnalist sorğusuna Ukrayna Prezidenti Aparatının Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Anna Kilevanın imzası ilə rəsmi cavabı dərc edib.

Sənəddə deyilir ki, Ukrayna Prezidenti, onun aparatının rəhbəri Andrey Yermak və onun müavinlərinin 46 daimi və ştatdankənar məsləhətçisi var. Sənəddə bu məsləhətçilərin tam siyahısı verilib. Lakin siyahıda Oleksey Arestoviçin adı yoxdur.

Qeyd edək ki, cari ilin yanvar ayında Arestoviç Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermakın müşaviri vəzifələrindən istefa verdiyini açıqlamışdı. Lakin bu istefa bəyanatından sonra o, Ukrayna Prezident ofisi rəhbərinin müşaviri kimi ictimaiyyət qarşısında çıxış etməyə davam edirdi.

loading...
Diaspora