Çində partlayışda ölən var

Çində partlayışda ölən var backend

Hadisənin hansı səbəbdən baş verməsi məlum deyil Çində alüminium zavodunda baş verən partlayışda bir nəfər ölüb. ANS PRESS-in məlumatına görə, güclü partlayış Çinin şərqində Şandun əyalətinin Dunin adlanan ərazisində kimya istehsalı olan zavodda baş verib. İlkin xəbərlərə əsasən, insident zamanı bir nəfər ölüb. Daha kiminsə xəsarət alıb, almaması barədə araşdırmalar davam edir.

Partlayış yerli vaxtla gecə saat 23:01 radələrində olub. Hadisə yerinə çoxlu sayda yanğınsöndürənlər, təcili yardım maşınları cəlb olunub.

Bundan əvvəl də Yaponiyanın başqa bir şəhərində analoji hal olub. Belə ki, avqustun 12-də Tyansizinidə kimyəvi maddələrlə zəngin olan anbar partlamışdır. Birinci partlamanın gücü trotil ekvivalentində 3 tonda qiymətləndirilib, ən böyük partlama gücü isə 21 ton olub. Son məlumatlara görə, partlayış qurbanlarının sayı 150 nəfər olub. Daha 23 insanın kimliyi isə tanınmayıb.



Diaspora