Zelenski tərcüməçini DANLADI

Zelenski tərcüməçini  DANLADI backend

Prezident Ərdoğanın dünən Lvovda Ukrayna lideri Zelenski və BMT-nin baş katibi Antonio Quterreşlə keçirdiyi görüşdə Zelenski sinxron tərcüməçini açıq şəkildə danlayıb.

Qaziler.az Publika.az-a istinadla xəbər verir ki, Zelenski ilə ingilis tərcüməçi arasındakı gərginlik üç nəfərin iştirakı ilə keçirilən görüşdən sonrakı mətbuat konfransına damğasını vurub. Tərcüməçinin sözlərini ingilis dilinə çevirə bilməməsindən əsəbiləşən Ukrayna lideri bəzi hissələri ingilis dilinə özü tərcümə edib.

Ukrayna dilində çıxış edən Zelenski ingiliscə tərcüməçinin nitqinin bir hissəsini tərcümə etmədiyini anlayaraq, müdaxilə edərək çatışmayan hissələri tamamlayıb. Tərcüməçiyə reaksiyasını bəzi məqamlarda “Xahiş edirəm dediklərimi tam tərcümə edin” -deyərək ifadə edən Zelenski dəfələrlə ona düzəlişlər edib.

Zelenski “Slava Ukraini” (Ukraynaya qələbə) sözünü tərcümə etməyən tərcüməçinin sözünü kəsərək “Mən də “Slava Ukrayna” dedim” deyib. Tərcüməçi bu ifadəni təkrarladıqdan sonra Zelenski qəzəbini ifadə edərək, “Sağ olun. Bu hissə vacibdir”, - deyə bildirib.

loading...
Diaspora