Moskva ilə danışıqlar yalnız rus qoşunları tutduqları Ukrayna ərazilərini tərk etdikdən sonra mümkündür.
APA xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski Lvovda Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan və BMT-nin baş katibi Antonio Quterreşlə danışıqların yekununda bildirib.
“Sülh danışıqlarının başlaması üçün əvvəlcə Rusiya tutduqları əraziləri tərk etməlidir”, - deyə o bildirib.