Ukraynada Ərdoğanın iştirakı ilə üçtərəfli görüş keçirildi

Ukraynada Ərdoğanın iştirakı ilə üçtərəfli görüş keçirildi backend

Avqustun 18-də Lvovda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Ukrayna Prezidenti Volodimir Zelenski və BMT-nin Baş katibi Antonio Quterreş arasında üçtərəfli görüş keçirilib.

Qaziler.az xəbər verir ki, görüş təxminən 40 dəqiqə davam edib.

Liderlər Ukraynada müharibənin diplomatik yollarla həll olunması, “taxıl dəhlizi”nin fəaliyyəti və digər məsələləri barədə müzakirələr aparıblar.

Qeyd edək ki, Zelenski bundan əvvəl Ərdoğan və Quterreşlə təkbətək görüşlər keçirib.

loading...
Diaspora