Dünən gecə Xarkov üçün ən faciəli gecələrdən biri olub - KİV

Dünən gecə Xarkov üçün ən faciəli gecələrdən biri olub - KİV backend

“Rusiya ordusu hər gün Ukrayna şəhərlərinə raket zərbələri endirir, yaşayış məntəqələrini atəşə tutur, burada dinc sakinlər, o cümlədən uşaqlar ölür”.

Bu barədə Ukrayna mənbələrdən Qaziler.az-a daxil olan məlumatda bildirilib. Qeyd edilib ki, dünən gecə müharibə boyu Xarkov vilayəti üçün ən faciəli gecələrdən biri olub.

"Gecə saatlarında ruslar Xarkova böyük raket zərbələri endirib. Avqustun 17-si axşam saat 21:30 radələrində Rusiyanın “İskəndər” raketi Saltovski rayonunda üçmərtəbəli yaşayış binasına düşüb. Ev demək olar ki, tamamilə dağılıb, irimiqyaslı yanğın olub. Son məlumatlara görə, dağıntılar altında qalanlardan 7 nəfər ölüb, biri 11 yaşlı uşaq olmaqla 17 nəfər isə yaralanıb.

Atışma davam edirdi, artıq avqustun 18-də səhər saat 4:30 radələrində Rusiya ordusu Belqorod şəhərindən Xarkov vilayəti istiqamətində daha 8 raket atdı. Raket zərbələri Xarkovun Xolodnoqorski və Saltovski rayonlarında qeydə alınıb. Zədələnmiş binalar, infrastruktur, yanaraq alovlanıb. Slobodski rayonunda raketlərdən biri 4 mərtəbəli yataqxana binasına düşüb. Bina qismən dağılıb. İndiyədək 2 nəfər ölüb, 2-si uşaq olmaqla 18 nəfər yaralanıb. Bu zərbələrin son nəticələri hələ müəyyən edilməyib. Xüsusi xidmət orqanları hadisə yerində hələ də araşdırma aparır.

Həmçinin bu gün səhər saat 4 radələrində Rusiya Xarkov vilayətinin Krasnoqrad şəhərinə raket zərbəsi endirib. Yaşayış evləri dağılıb, 10-dan çox evə ziyan dəyib. 2 mülki şəxs həlak olub, 2-si yaralanıb, onların arasında 12 yaşlı uşaq da var”, - məlumatda qeyd edilib.

Son günlər yaşananlarla bağlı dünya güc ölkələrinə Ukraynaya yardım üçün çağırış da edilib:

"Rusiya Avropanın tam ortasında dinc insanları öldürməyə davam edir. Qərb bu gün Xarkov şəhərinə endirilən zərbədən sonra Ukraynaya maksimum hərbi yardım göstərməlidir. Vladimir Putini dayandırmağın yeganə yolu Ukraynanı daha çox silahla təmin etmək və Rusiyaya qarşı daha sərt sanksiyalar tətbiq etməkdir".

Diaspora