Türkiyə İsrailə səfir təyin edir

Türkiyə İsrailə səfir təyin edir backend

“İsraillə dialoq mühiti başlayıb”.

“Report” xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu qırğızıstanlı həmkarı Ceenbek Kulubayevlə birlikdə keçirdiyi mətbuat konfransında deyib.

“Qarşılıqlı səfərlər nəticəsində proses davam edir. Qarşılıqlı olaraq səfirlərin təyin edilməsi də atacağımız addımlar arasındadır. İsrail də bu məsələyə müsbət yanaşır. Təl-Əvivə səfir təyin etmək qərarına gəlmişik. Adları təqdim etdikdən sonra bu proses də rəsmi olaraq başlayacaq”, - o bildirib.

Diaspora