Ermənistanda yenə bomba həyəcanı: Bu dəfə aeroportda və dəmiryolu vağzalında - Yenilənib

Ermənistanda yenə bomba həyəcanı: Bu dəfə aeroportda və dəmiryolu vağzalında - Yenilənib backend

Ermənistanın “Şirak” hava limanına və Gümrü dəmiryolu vağzalına bomba qoyulması haqqında məlumat yalan çıxıb.

Bu barədə respublikanın Fövqəladə Hallar Nazirliyinin mətbuat Xidmətindən xəbər verilib.

Bildirilir ki, sözügedən yerlərdə heç bir partlayıcı tapılmayıb.

 

*****

Ermənistanın “Şirak” hava limanına və Gümrü dəmiryolu vağzalına bomba qoyulması barədə xəbər yayılıb.

Bununla bağlı respublikanın Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olub.

Bundan sonra sərnişinlər, işçilər hava limanından, həmçinin dəmiryol vağzalından təxliyə ediliblər, ərazilərə istehkamçılar və kinoloqlar cəlb olunublar.

O da qeyd olunur ki, bu gün və sabah Şirak hava limanında uçuş və eniş nəzərdə tutulmayıb.

Xatırladaq ki, dünən də İrəvanın “Zvartnots” hava limanına və Ermənistan paytaxtındakı metro stansiyalarına bomba qoyulması barədə məlumatlar yayılmışdı.

Mənbə: News.am

loading...
Diaspora