Ermənistanda matəm elan ediləcək

Ermənistanda matəm elan ediləcək backend

Ermənistanın paytaxtı İrəvan şəhərindəki “Surmalu” ticarət mərkəzində baş vermiş partlayışla əlaqədar hökumət matəm günü elan edəcək.

Qaziler.az “News.am”a istinadən xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, matəm gününün vaxtı axtarış-xilasetmə işləri başa çatdıqdan sonra müəyyən ediləcək.

Xatırladaq ki, avqustun 15-də “Surmalu” ticarət mərkəzində partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 16-ya çatıb.

Report.az

Diaspora