İrəvan metrosunda mina həyəcanı

İrəvan metrosunda mina həyəcanı backend

İrəvan metrosunun fəaliyyəti stansiyalara mina yerləşdirilməsi ilə bağlı yayılan məlumatlara görə dayandırılıb.

TASS xəbər verir ki, bu barədə ölkə metropoliteninin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, avqustun 16-sı Fövqəladə Hallar Xidmətinə (FHX) İrəvan metrosunun stansiyalarına partlayıcı maddələrin yerləşdirildiyi barədə məlumat daxil olub.

Məlumatın həqiqiliyini yoxlamaq üçün stansiyalara xilasedici və istehkamçı qruplar göndərilib.

“Sputnik-Armenia”nın məlumatına görə, avqustun 2-si və 16-sı da FHX-yə İrəvan metrosunun bütün stansiyalarına partlayıcı maddələrin yerləşdirildiyi barədə məlumatlar daxil olub. Yoxlamalar nəticəsində məlumatlar təsdiqini tapmayıb. Partlayıcı maddələr haqqında yalan məlumat vermə faktı üzrə cinayət işi qaldırılıb.

Diaspora