Rusiya ordusunun daha bir generalı Ukraynada öldürülüb

Rusiya ordusunun daha bir generalı Ukraynada öldürülüb backend

Ukraynada Rusiya ordusunun generalı öldürülüb.

“RBC-Ukraina” xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç bildirib.

O, ölkənin Silahlı Qüvvələrinin Xerson bölgəsindəki Rusiya ordusunun generalını zərərsizləşdirdiyini qeyd edib.

"Dəqiqləşdirilməsi vacib olan ilkin məlumata görə, Rusiya generalı bu gün (dünən-red) Xerson istiqamətində öldürülüb", - o deyib.

Arestoviç öldürülən generalın adını açıqlamayıb. O, eyni zamanda, düşmənin xeyli sayda canlı qüvvəsinin artilleriya zərbəsi ilə zərərsizləşdirildiyini də əlavə edib.

loading...
Diaspora