Rusiya Ukraynanın təbii sərvətlərini talayır - Ukrayna KİV

Rusiya Ukraynanın təbii sərvətlərini talayır - Ukrayna KİV backend

“Rusiya artıq 173 gündür ki, “rusofobiya ilə mübarizə”, “Ukraynada rusları xilas etmək” kimi şüarlarla Ukraynada müharibəni davam etdirir. Əslində bütün bu şüarların arxasında tamamilə fərqli məqsəd durur. Bu, təbii ehtiyatlarla zəngin olan Ukrayna ərazilərinin ələ keçirilməsidir”.

Qaziler.az xəbər verir ki, bu barədə Ukraynaya məxsus mənbələrdən daxil olan məlumatda qeyd edilib. Bildirilib ki, Rusiya Ukraynanın 12,4 trilyon dollarlıq yataqlarını ələ keçirib. 

Kanadanın “SecDev” analitik şirkətinin “The Washington Post”a istinadən verdiyi məlumata görə, hazırda Ukraynanın kömür yataqlarının 63%-i, neft ehtiyatlarının 11%-i, təbii qaz ehtiyatlarının 20%-i, metal ehtiyatlarının 42%-i , 1/3 nadir torpaq elementlərinin, o cümlədən batareyaların istehsalı üçün zəruri olan litium yataqları Rusiyanın əlindədir. Bundan əlavə, Ukrayna böyük uran, qızıl və əhəngdaşı yataqlarını itirib. Ümumilikdə isə Kiyev enerji və mineral ehtiyatlarının 2/3-nə çıxışını itirə bilər. İlkin hesablamalara görə, Rusiya Ukraynaya genişmiqyaslı müdaxilədən sonra ümumi dəyəri 12,4 trilyon dollar olan faydalı qazıntı yataqlarına nəzarəti ələ keçirib.

"Beləliklə, Rusiya Federasiyası böyük resurs ehtiyatlarına malik olmasına baxmayaraq, Ukraynanı talamaqda davam edir. Putin Qərblə Kiyev arasında bu resurslara ehtiyac duyulan yüksək texnologiyalı məhsulların istehsalı sahəsində əməkdaşlığın inkişafının qarşısını almaq üçün qurbanlar verməyə hazırdır. Belə ki, Pentaqonun yaydığı məlumata görə, Ukraynada müharibə başlayandan bəri 70-80 min rusiyalı hərbçi həlak olub və yaralanıb" - məlumatda qeyd edilib.

Diaspora