Angela Merkel: Miqrant böhranının həllində İtaliyaya yardım olunmalıdır

Angela Merkel: Miqrant böhranının həllində İtaliyaya yardım olunmalıdır backend

Almaniya kansleri Angela Merkel Avropa İttifaqının (Aİ) miqrant böhranının həllində İtaliyaya yardım etməsinin vacibliyini vurğulayıb. Diqqətə çatdırıb ki, ölüm halları ilə nəticələnən miqrant problemi fövqəladə həddə çatıb. Bu səbəbdən Aİ-nin müvafiq istiqamətdə vahid qaydalar qəbul etməsinin vaxtı çatıb.



AZƏRTAC İtaliyanın ANSA agentliyinə istinadla xəbər verir ki, A.Merkel miqrant məsələsində İtaliyaya yardımla bağlı ilkin razılığın əldə olunduğunu vurğulayıb. Bildirib ki, bu ölkəyə keçən xeyli sayda miqrantın burada məskunlaşması mümkün deyil. Ona görə də Avropa bu istiqamətdə həmrəy olmalıdır.
Diaspora