“Mitsubishi Aircraft” şirkəti yapon təyyarəsinin sınağını keçirəcək

“Mitsubishi Aircraft” şirkəti yapon təyyarəsinin sınağını keçirəcək backend

“Mitsubishi Aircraft” şirkəti oktyabrın sonlarında Yaponiyada son əlli ildə istehsal ediləcək ilk sərnişin təyyarəsinin sınağını keçirməyi planlaşdırır.


Laynerin istehsalına yaxın mənbələrin bildirdiyinə görə, “Mitsubishi Regional Jet” (MRJ) adlı təyyarənin sınağı Yaponiyanın mərkəzi hissəsində yerləşən Aiçi prefekturasının aeroportunda keçiriləcək.

“Mitsubishi Aircraft” şirkəti MRJ-nin sınaqlarını mayın sonlarında keçirməyi planlaşdırsa da, sonradan təyyarənin texniki göstəricilərinin daha da yaxşılaşdırılması məqsədilə bunu təxirə salıb.

Hazırda təyyarənin qanadlarının daha da möhkəmləndirilməsi istiqamətində iş aparılır.
Diaspora