Ərdoğanla Bayden arasında mümkün görüşün tarixi və mövzusu açıqlanıb

Ərdoğanla Bayden arasında mümkün görüşün tarixi və mövzusu açıqlanıb backend

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan və ABŞ dövlət başçısı Co Bayden Nyu-Yorkda BMT Baş Assambleyasında görüşə bilərlər.

Bu barədə “Sabah” qəzeti öz mənbələrinə istinadən xəbər verib.

Nəşrin məlumatına görə bu, gələn ay - sentyabrda baş tuta bilər.

“Türkiyənin ABŞ-dan F-16 alması ilə bağlı danışıqlar bir müddətdir ki, davam edir. Gələn ay Nyu-Yorkda keçiriləcək BMT sammiti zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla amerikalı həmkarı Bayden arasında mümkün görüş zamanı bu məsələ müzakirə olunacaq”, - deyə məqalədə bildirilir. (oxu.az)

Diaspora