Qız məktəbində faciə- 131 NƏFƏR ZƏHƏRLƏNDİ

Qız məktəbində faciə- 131 NƏFƏR ZƏHƏRLƏNDİ backend

Əfqanıstanın qərbindəki Herat vilayətinin Cəbrayıl rayonunda qızların təhsil aldığı məktəbdə zəhərlənmə hadisəsi qeydə alınıb.

QAZİLER.AZ-ın “qafqazinfo”-ya istinadən məlumatına görə, hadisəyə səbəb məktəbdə qaz sızmasının meydana gəlməsi olub.

Hadisə zamanı şagird və müəllimlərdən ibarət 131 nəfər zəhərlənib.

Herat Dövlət Xəstəxanasından verilən məlumatına görə, 11 nəfərin vəziyyətinin ağır olduğu qeyd edilib.

Təhlükəsizlik orqanları açıqlamasında zəhərlənməni hər hansı bir terror təşkilatın etdiyini bildirib.

Qeyd edək ki, Heratdakı Fəth Liseyində təhsil alan 150 şagird zəhərlənmişdi.
Diaspora