İŞİD partlayışa görə məsuliyyəti üzərinə götürdü

İŞİD partlayışa görə məsuliyyəti üzərinə götürdü backend

İŞİD terror qruplaşması Liviyanın paytaxtında törədilən partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, ötən axşam Tripolidə İtaliyanın Eni konserni və Liviyanın milli neft korporasiyasının müştərək müəssisəsi olan “Mellitah Oil and Gas” şirkətinin yaxınlığında minalanmış avtomobil partladılıb.

Partlayış nəticəsində bir neçə binaya zərər dəyib, 1 nəfər xəsarət alıb. Qeyd olunur ki, insident baş verən ərazidə Liviya dövlət bankının filialı, müxtəlif maliyyə təşkilatları, Səudiyyə Ərəbistanı və Niderlandın səfirlikləri yerləşir.
Diaspora