Ərdoğan Putinlə şam yeməyindən imtina edib - KİV

Ərdoğan Putinlə şam yeməyindən imtina edib -  KİV backend

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Soçidəki danışıqlardan sonra Rusiya Prezidenti Vladimir Putinlə birgə mətbuat konfransı keçirmək təklifini qəbul etməyib.

Bu barədə “Kommersant” nəşri yazıb.

Nəşrin iddiasına görə, Ərdoğan Putinlə fotosessiyaları da minimuma endirib. Yalnız bir fotoqraf bir neçə foto çəkib.

“Türkiyə lideri 4 saatlıq danışıqlardan sonra dərhal ölkəsinə qayıdıb. Ərdoğan hətta şam yeməyinə də qalmayıb, 4 saatlıq görüş zamanı isə yalnız çay və qəhvə içib”, - nəşr bildirib.

Qeyd edək ki, liderlərin mətbuat konfransı keçirməyəcəyi əvvəlcədən elan edilmişdi.

Axar.az

Diaspora