Bu gün 4 taxıl gəmisi Ukraynanı tərk edəcək

Bu gün 4 taxıl gəmisi Ukraynanı tərk edəcək backend

Bazar günü, avqustun 7-də Ukraynanın üç limanından dörd taxıl daşıyan gəminin çıxışı gözlənilir.

Qaziler.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

"Sabah (bu gün - red.) dörd quru yük gəmisinin Ukraynanın dörd limanını tərk edəcəyi gözlənilir. Biri Odessadan, üçü – Çernomorskdan olmaqla, ümumilikdə dörd gəmi yola düşəcək", - nazirliyin məlumatında deyilir.

Qeyd edilir ki, quru yük gəmilərinin çıxışı Türkiyə Müdafiə Nazirliyinin rəhbəri Hulusi Akarın aktiv əlaqələri, Birgə Koordinasiya Mərkəzinin fəaliyyətini əlaqələndirilməsi sayəsində mümkün olub.

Türkiyə Milli Müdafiə Nazirliyi Ukraynadan taxıl ixracı ilə bağlı işlərin davam etdirildiyini açıqlayıb.

Diaspora